Təbii bal necə seçilməlidir?

 

Bir çox sahədə istifadə etdiyimiz  möcüzə qida olan bal  eyni zamanda "hər dərdə dərman" bir sağlamlıq qaynağıdır. Bir hədisi-şərifdə bal üçün "Ölümdən başqa hər dərdə şəfadır" dey’buyurulmuşdur. Vitamin və mineral baxımından son dərəcə zəngin bir məzmuna sahib olan balda xüsusilə A, B1, B2, B6, H və PP vitaminləri ilə kalsium, maqnezium, natrium, yod, dəmir, kalium kimi minerallar bol miqdarda vardır. Ayrıca tərkibindəki 12 dəyişik ferment, müxtəlif xəstəliklərin müalicəsində fayda təmin etməkdədir. Baldakı maqnezium damarlardakı qanın laxtalanmasını önləyir, stressin mənfi təsirlərindən qoruyur. Balda olan və bədən tərəfindən çox az çıxarıla bilən xolin adlı ferment, qaraciyərin yağ maddələr mübadiləsini təşkil edir və yağ bağlamasını önləyir. Bağırsaq infeksiyalarına və soyuqdəymədə yaxşı təsir edən inkibin adlı maddə eyni zamanda ürək damarlarının qanla daha yaxşı bəslənməsinə də köməkçi olur. Baldakı poliyenlər həzm üçün əhəmiyyətli bir qaynaqdır.  

Balın faydalarını saymaqla bitirmək olmaz:

  1. Süd ilə qarışdırılıb içildikdə rahat yuxu təmin edilir, bu da insanın beyin-damar sisteminin normal funksiya daşımasını kömək edir.
  2. Göz qapaqlarında və göz altında olan sancıları aradan qaldırır, göz təzyiqinin normaya düşməsi üçün müalicəvi xarakter daşıyır.
  3. Bal suyu ilə edilən qarqara ağız yaralarının sağalmasına, badəmciyə müsbət təsir göstərir.
  4. Bir qaşıq balı udmanız yetərlidir ki, mədə bulanmasının və qusmanın qarşısınəı alsın.
  5. Bal suyu insanda aclığın yaranmasının qarşısını aldığı üçün diet reseplerində rahatlıqla ondan istifadə olunur.
  6. Bal gözlərin görmə qabiliyyətini də artırır.
  7. Uşaqları zehniyyətinin güclənməsinə və sümüklərinin bərkiməsinə müsbət təsir göstərir.
  8. Mədə-bağırsaq funksiyasını tənzimləyir, qəbzliyin qarşısını alır.
  9. Sümük və əzələ xəstəliklərinə qarşı da faydalıdır.
  10. Balın suyu ilə şərbət insanın təzyiqinin düşməsinin qarşısını alır.
  11. Diş ətini və diş minasını möhkəmləndirir, təbii diş pastası olaraq da istifadə edilir.
  12. Ürək döyüntülərini azaldır, infarktın qarşısını alır.
  13. Saçların təbiiliyini qoruyur, tökülməsinin qarşısını alır və sağlam parlaqlıq verir.
  14. Temperaturun normaya düşməsinə və bəndəki soyuqdəymənin qarşısını alaraq, insanın tərləməsinə yardımçı olur.
  15. Cildinizə sürtdüyünüz təqdirdə qüsurların aradan qalxmasına və dərinizin yenilənməsinə yardımçı olur
  16. Mədənin nasazlığını aradan qaldırır və ürəkbulanmasının qarşısını alır.
  17. Boğaz ağrılarını azaldır. Öskürmənin və qıcıqlanmanın qarşısını alır.
  18. İnsana bütün maddələrdən çox enerji verir. Qozla qarışdırılaraq yeyilməsi cinsel problemlərin də aradan qalxmasına səbəb olur.
  19. İlıq bir bezə sürtülüb boğaza sarılsa boğaz və qırtlaq ağrıları dərhal kəsilər.


Shan Company markası olaraq axtarışlarınızı sonlandırmaq üçün təbii çiçək Balını evinizə qədər çatdırırıq. İstifadəyə verdiyimiz balın təmiz və qatqısız olmasına tam zəmanət veririk.
Şəhərimizdə yaşayan müştərilərimiz dəyərli vaxtına qənaət edərək bir zənglə istədiyi məhsulu ünvanına sifariş edə bilər.

Çatdırılma Tamamilə Pulsuzdur. Ünvan: "BIOYUMURTA" mağazası. Bakı ş. Xətai pr.172.Təhsil Nazirliyi ilə üzbəüz

Mob: +994 77 611 17 72

0
Qiymət: 0
    Sifariş et