Haqqımızda


2009-cu ildə fəaliyyətinə başlamış Shan Şirkəti bitki və heyvan mənşəli təbii vasitələri ilə istifadəçilərin xidmətindədir. Şirkətimizin məqsədi dünyada insan orqanizmi üçün yararli olan təbii tərkibli qida əlavələrini tapmaq və mərkəzləşdirərək sizlərə təqdim etməkdir. Məhsullarımız Amerika, İngiltərə, Kanada, Ukrayna, Rusiya, Fransa, Hollandiya, Türkiyə, Çin və digər ölkələrdə istehsal olunur. Bu gün şirkətimiz dünya bazarında bir sıra şirkətlərlə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əhatə dairəsi gün keçdikcə genişlənməkdədir.

Məhsullarımız Dünya Səhiyyə Təşkilatı tərəfindən 1991-ci ildə qəbul edilmiş GMP (Good Manufacturing Practice) standartlarına uyğun şəkildə istehsal olunaraq GMP sertifikatına layiq görülmüş və eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən də təsdiq edilmişdir..

Fəaliyyətə başladığımız ilk gündən əczaçılıq sahədəsində fərqli və yüksək xidmətlərimizlə daha da böyüyərək geniş istifadəçi kütləsinin rəğbətini qazanmağa nail olmuşuq.
Fəaliyyət göstərdiyimiz illər ərzində müştəri istəklərini ön planda tutaraq bu işi ən yüksək səviyyədə görməkdə davam edirik.

Şirkətimiz, təbii tərkibli məhsullar, qida əlavələri ilə siz istifadəçilərin sağlamlığının keşiyində durmağı qarşısına məqsəd qoymuşdur. Bunun nəticəsi olaraq, Azərbaycanın Biləsuvar rayonunda Qüvvəli Yem Fabriki, organik toyuq təsərrüfatı və meyvə bağçası qurmuşdur. 2017-ci ilin sonlarından etibarən öz tərəfimizdən Qüvvəli Yem Fabrikində hazırlanan, insan sağlamlığına zərəri olmayan, hormonsuz, kimyəvi əlavəsiz, gigiyenik yemlərlə bəslənən, geniş ərazilərdə gəzən, otlayan, eşələnən orqanik toyuq əti və BioYumurta məhsullarını, həmçinin təsərrüfatımızda yetişdirdiyimiz dərmansız, hormonsuz təbii meyvələri müştərilərimizə təqdim etməyi planlaşdırırıq.

Sizin sağlamlığınız bizim üçün önəmlidir!

Unutmayaq ki, yaşamaq gözəldir, sağlam yaşamaq daha da gözəldir!

Məhsullarımızla bağlı hər hansı təklif, sual və ya iradlarınız olarsa, bizim elektron ünvanımıza yaza və ya qeyd olunan telefon nömrələrinə zəng edə bilərsiniz.

Shan Şirkəti olaraq bizi seçdiyiniz üçün sizlərə sonsuz təşəkkürümüzü bildiririk.






0
Qiymət: 0
    Sifariş et